...

"Statoil" Azərbaycanda aktivlərinin bir hissəsinin satışı üzrə sövdələşmənin dəyərini açıqlayıb

Energetika Materials 17 Dekabr 2013 15:53 (UTC +04:00)
Norveçin "Statoil" şirkəti "Şahdəniz" layihəsində iştirak payının bir hissəsini və Cənubi Qafqaz qaz kəmərində 10 faiz payını 1,45 milyard dollara ARDNŞ və Böyük Britaniyanın BP şirkətinə satıb.
"Statoil" Azərbaycanda aktivlərinin bir hissəsinin satışı üzrə sövdələşmənin dəyərini açıqlayıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

Norveçin "Statoil" şirkəti "Şahdəniz" layihəsində iştirak payının bir hissəsini və Cənubi Qafqaz qaz kəmərində 10 faiz payını 1,45 milyard dollara ARDNŞ və Böyük Britaniyanın BP şirkətinə satıb. Bu barədə Trend çərşənbə axşamı "Statoil" şirkətinin rəsmi saytına istinadən məlumat verir.

Alqı-satqı 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Şirkətin icraçı direktoru Helqe Lundanın sözlərinə görə, bu alqı-satqı şirkətin investisiya portfelinin optimallaşdırılması üzrə strategiyasına cavab verir.

Məlumatda qeyd edilir ki, "Statoil" Trans-Anadolu qaz kəmərində investor qismində iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti