...

bp: "Şahdəniz-2" layihəsinin təsdiq edilməsi tarixi hadisədir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 17 Dekabr 2013 19:18 (UTC +04:00)
Azərbaycanın Xəzər sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycan üçün tarixi gündür və Azərbaycan qazının Avropaya çıxışını təmin etməyə hesablanmış qaz nəqli infrastrukturunun keçəcəyi ölkələr üçün əhəmiyyətlidir.
bp: "Şahdəniz-2" layihəsinin təsdiq edilməsi tarixi hadisədir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:52-də yayılıb)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir S.Əliyev/

Azərbaycanın Xəzər sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycan üçün tarixi gündür və Azərbaycan qazının Avropaya çıxışını təmin etməyə hesablanmış qaz nəqli infrastrukturunun keçəcəyi ölkələr üçün əhəmiyyətlidir.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Böyük Britaniyanın "bp" şirkətinin ("Şahdəniz" layihəsinin operatoru) rəhbəri Bob Darli Bakıda mətbuat konfransında deyib:

"Mən bu günü Azərbaycan üçün vacib və tarixi hadisə hesab edirəm. Bu, boru kəmərinin keçəcəyi ölkələr və investisiya yatıracaq şirkətlər üçün vacibdir. Bu, qeyri-adi, mürəkkəb və nəhəng layihədir. Biz bu əməliyyatları keçirəcəyimizə görə fəxr edirik və Azərbaycan qazının Avropaya tədarükünü təmin etmək bizim üçün eyni zamanda çox böyük məsuliyyətdir".

Onun sözlərinə görə, "bp" "Şahdəniz" yatağında kəşfiyyat və seysmik işləri davam etdirəcək ki, bu da müasir texnologiyaların tətbiqini tələb edir: "Hesab edirəm ki, yataqda uzun illər üçün kifayət qədər böyük ehtiyatlar var".

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun işlənməsi məsələsinə toxunan B.Dadli deyib ki, hazırda şirkər blokda hasilatı sabitləşdirmək üçün hər cür zəruri işlər görür.

İrana qarşı sanskiyaların ləğv edilməsinin mümkünlüyünə dair sualı cavablandıran "bp" rəhbəri qeyd edib ki, son zamanlar şirkət İranda baş verən hadisələri izləmir: "Əlbəttə ki, hər şey dəyişə bilər. Türkiyədə böyük qaz kəməri olacaq. Bunu biz tikmək niyyətindəyik. Ola bilsin ki, gələcəkdə həmin qaz kəməri vasitəsilə digər təbii qaz tədarük edilsin. Lakin bunu gələcək göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti