...

2013-cü ildə Azərbaycanın qaz təsərrüfatına tərtib olunmuş “qüsur aktı”na görə 5 milyon manatdan artıq ziyan dəyib

Energetika Materials 23 Yanvar 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Əliyev/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

ARDNŞ-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görülmüş işlərin nəticəsidir ki, ötən il Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 10878 əhali və 498 qeyri-əhali kateqoriyasına aid abonentlərin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib edilib, 18253 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb.

Tərtib olunmuş "qüsur aktları"na əsasən, dəymiş ziyan 5623076 manat dəyərində hesablanıb. Qeyd edək ki, cari ildə tərtib olunmuş "qüsur aktları"nın miqdarı 2012-ci illə müqayisədə 1404 ədəd az olmuşdur.

"Azəriqaz" İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti