...

Azərbaycan Avro-5 standartından yüksək yanacaq istehsalı imkanını nəzərdən keçirir

Energetika Materials 24 Yanvar 2014 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın emal müəssisələrinin imkanları gələcəkdə Avro-4 ekoloji normalarına uyğun yanacaq istehsalını təmin etməyə şərait yaradacaq. Trend-in məlumatına görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, kimyəvi qatqı və əlavələr hesabına mümkün olacaq: "Hazırda ölkədə istehsal edilən yanacaq Avro-3 normalarına uyğundur və Dövlə Komitəsi müvafiq strukturlarla birlikdə yanacağa tətbiq edilən Avro-4 standartına hazırlıq işləri aparır".

R.Həsənov qeyd edib ki, ölkədə ekoloji standartların qəbulu templəri nəzərə alınmaqla ARDNŞ neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksdə Avro-5-i üstələyən standartlara uyğun yanacağın istehsalı imkanlarını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti