...

"Günəşli" yatağında yeni quyu qazılır

Energetika Materials 19 May 2014 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

"Günəşli" yatağındakı 11-ci özüldən 307 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3400 metr olan quyu Şirkətin "SOCAR AQŞ" müştərək müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 60 ton neft, 10 min kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti