...

"Neft Daşları"ndan Çilov adasına sualtı kabel xətti çəkiləcək

Energetika Materials 22 May 2014 15:37 (UTC +04:00)
Çəkiləcək kabel xətti Finlyandiyanın “NOKIA” firmasının istehsalıdır və həmin kabelin zirehi bir qat sinklənmiş polad naqildən ibarətdir.
"Neft Daşları"ndan Çilov adasına sualtı kabel xətti çəkiləcək

Azərbaycan, Bakı, 22 may /Trend/

"Neft Daşları"ndakı Qazturbinli Elektrik Stansiyasından (QTES-48) Çilov adasına 35 kV-luq kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, hazırda Çilov adasının elektrik təchizatı Dübəndidəki 110/35 kV-luq yarımstansiyadan dənizin üzəri ilə çəkilmiş 30,5 kilometr uzunluqlu elektrik ötürücü hava xətti vasitəsilə həyata keçirilir.

1986-1992-ci illərdə tikilmiş Damba-Çilov 110/35 kV-luq elektrik ötürücü hava xətti uzun müddət istismar olunduğundan burada qəza halları tet-tez baş verir. Çilov adasının fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədi ilə "Neft Daşları"ndakı Qazturbinli Elektrik Stansiyasından (QTES-48) yeni sualtı kabel xəttinin çəkilməsi qərara alınıb. Layihəyə əsasən, dənizin 22-28 metr dərinliyi ilə çəkilməsi nəzərdə tutulan 35 kV gərginlikli sualtı kabel xəttinin uzunluğu 24,2 kilometrdir.

Çəkiləcək kabel xətti Finlyandiyanın "NOKIA" firmasının istehsalıdır və həmin kabelin zirehi bir qat sinklənmiş polad naqildən ibarətdir.

Kabelin alınması üçün "Neftqaztikinti" Tresti ilə "Leon Commrez AG" şirkəti arasında alqı-satqı müqaviləsi imzalanıb. Kabelin Bakı şəhərinə gətirilməsi və quraşdırılması məsələsi ilə bağlı danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti