Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Türkiyənin Dövlət Boru Kəməri Şirkəti BOTAŞ bu gün İstanbulda ARDNŞ-nin Trans-Anadolu qaz kəməri (TANAP) layihəsindəki 10 faizlik iştirak payının alqı-satqısı haqqında müqavilə imzalayıblar.
Trend-in məlumatına görə, müqaviləni BOTAŞ-ın rəhbəri Mehmet Konuk və ARDNŞ-nin prezidenti, TANAP İdarə heyətinin sədri Rövnəq Abdullayev imzalayıblar.
Bundan başqa, tərəflər TANAP üzrə qaz nəqli ilə bağlı müqavilə imzalayıblar.
Öz növbəsində, Azərbaycanın energetika naziri Natiq Əliyev və onun türkiyəli həmkarı Taner Yıldız TANAP layihəsi üzrə anlaşma memorandumunu imzalayıblar.
Alqı-satqı haqqında müqvilə BOTAŞ-a layihədə payını 20-dən 30 faizədək artırmağa imkan verəcək.