...

İlk 5 ayda Azərbaycanda 18 milyon tona yaxın neft hasil edilib

Energetika Materials 11 İyun 2014 17:38 (UTC +04:00)
2014-cü ilin yanvar-may aylarında Azərbaycanda 17,7 milyon ton neft və qaz-kondensat hasil olunub.
İlk 5 ayda Azərbaycanda 18 milyon tona yaxın neft hasil edilib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda 17,7 milyon ton neft və qaz-kondensat hasil olunub. 2013-cü ilin müvafiq dövründə bu göstərici 18,12 milyon ton təşkil edib. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

2013-cü ildə Azərbaycanda cəmi 43,1 milyon ton neft və qaz-kondensat hasil olunub. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton olub.

Ötən il neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-may aylarında ölkədə 7,6 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Ötən ilin müvafiq dövründə bu göstərici təqribən 7,4 milyard kubmetr təşkil edib.

2013-cü ildə Azərbaycanda 17,9 milyard kubmetr əmtəəlik qaz hasil olunub, 2012-ci ildə isə bu rəqəm 17,24 milyard kubmetr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti