...

Bəzi rayonlarda qaz olmayacaq

Energetika Materials 18 İyun 2014 10:51 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bəzi rayonlarda qaz olmayacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dan 14:00-dək Gədəbəy, saat 14:00-dan 16:00-dək Tərtər, saat 16:00-dan 18:00-dək Ağdam, saat 18:00-dək İsmayıllı rayonlarının bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar saat 12:00-dək Siyəzən, saat 14:00-dək Yasamal və Nərimanov, saat 17:00-dək Xaçmaz, Xətai və Binəqədi, saat 18:00-dək Kürdəmir, Qazax, Göyçay və Qaradağ, saat 15:00-dan 18:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti