"Azərenerji" elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 11 Avqust 2014 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Emil İsmayılov/

"Azərenerji" ASC yanvar-iyul aylarında 13 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend ASC-yə istinadən məlumat verir.

Ötən ilin eyni dövründə bu göstərici 12,6 milyard kilovat-saatı ötüb.

Məlumata əsasən, iyulda ASC-nin elektrik stansiyaları tərəfindən 1,8 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə demək olar, eynidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti