Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/
Beynəlxalq sanksiyalarla əlaqədar İranın neft ixracı özünün ixrac potensialından 50 faiz azdır. Trend-in IRINN agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Ərdəbildə səfərdə olarkən deyib.
H.Ruhani qeyd edib ki, bəzi sanksiyalar ləğv edilsə də, İran yenə onların təsiri altındadır: "İran xalqı hələ də sanksiyaların təzyiqi altındadır".
Prezident bildirib ki, sanksiyaların ləğvi administrasiyanın prioritetlərindən biridir: "Bu məsələ üzrə siyasətim ali dini lider Ayətullah Əli Xamneyinin dəstəyi ilə həyata keçirilir".