...

"Gədisu-Stalçay" sahəsində seysmik-kəşfiyyat işləri başa çatdırılıb

Energetika Materials 25 Avqust 2014 16:17 (UTC +04:00)
Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.
"Gədisu-Stalçay" sahəsində seysmik-kəşfiyyat işləri başa çatdırılıb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Gədisu-Stalçay" sahəsində seysmik kəşfiyyat işlərini uğurla başa çatdırıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Quba-Xəzəryanı neftli-qazlı rayonunda yerləşən həmin sahədə 176 kilometrlik 2D, 183 kilometrlik qravimetrik və 173 kilometrlik maqnimetrik işlər aparılıb. Çöl işləri zamanı əldə edilmiş materiallar emal və interpretasiya mərhələsindədir.

İşlər "Gədisu-Stalçay" sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyıb.

Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti