...

"Qazanbulaq-Ziyadxan" sahəsində seysmik-kəşfiyyat işləri davam etdirilir

Energetika Materials 28 Avqust 2014 16:18 (UTC +04:00)
Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qazanbulaq-Ziyadxan” sahəsində 3D seysmik kəşfiyyat işlərini uğurla davam etdirir.
"Qazanbulaq-Ziyadxan" sahəsində seysmik-kəşfiyyat işləri davam etdirilir

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Qazanbulaq-Ziyadxan" sahəsində 3D seysmik kəşfiyyat işlərini uğurla davam etdirir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, işlər "Qazanbulaq-Ziyadxan" sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır. Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Gəncə neftli-qazlı rayonunda yerləşən 100 kvadratkilometrlik həmin sahədə işlərin artıq 85 faizi yerinə yetirilib. Seysmik-kəşfiyyat işlərinin gələn ay başa çatdırılması nəzərdə tutulur. Çöl işləri zamanı əldə ediləcək materiallar emal və interpretasiya olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti