Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Göyçay rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin yeni çəkimiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 22.09.2014-cü il tarixdən 24.09.2014-cü il tarixədək Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.