...

"Azəriqaz" payız-qış mövsümünə hazırlaşır

Energetika Materials 26 Sentyabr 2014 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində Abşeron yarımadasında yerləşən qaz istismar sahələrinin aidiyyəti əməkdaşlarının iştirakı ilə payız-qış mövsümünə hazırlıq işlərinə həsr olunmuş iclas keçirilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, qarşıdan gələn payız-qış mövsümündə istehlakçıların təhlükəsiz və etibarlı qaydada təbii qazla təminatı üçün rayon qaz istismar sahələri tərəfindən qaz xətlərinə və cihazlarına keçirilən texniki baxış və profilaktiki xidmət işlərinin keyfiyyəti artırılmalı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir. Yeni yaradılmış qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin bu istiqamətdə müəyyən uğurlara nail olduğu vurğulanıb, ARDNŞ və aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı göstəriş və tövsiyələri haqqında ətraflı məlumat verilib.

Çıxış edənlər qarşıdan gələn isitmə mövsümündə istehlakçıların təbii qazla daha təhlükəsiz təmin edilməsi üçün texnoloji rejimə ciddi nəzarət olunmasının, texniki baxış və profilaktik xidmət işlərinin keyfiyyətinin artırılmasının zəruri olduğunu bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti