...

"Azəriqaz" İB-də yığım səviyyəsi qənaətbəxşdir

Energetika Materials 11 Dekabr 2014 18:26 (UTC +04:00)
2014-cü ilin noyabr ayı ərzində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7041 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5201-i Bakı, Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 1840-ı isə regionların payına düşüb.
"Azəriqaz" İB-də yığım səviyyəsi qənaətbəxşdir

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

2014-cü ilin noyabr ayı ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 7041 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5201-i Bakı, Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 1840-ı isə regionların payına düşüb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, cari ilin noyabrında əhali sektoru üzrə 277 386 049 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 96,3 faiz vəsait toplanıb.

2014-cü ilin yanvar-noyabr ayları ərzində isə əhali sektoru üzrə 103,5 faiz vəsait toplanıbr. Nəticədə bu ilin 11 ayında debitor borc 6,8 faiz azalıb.

1 dekabr 2014-cü il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 120 009 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, qeyri-əhali sektoru üzrə 266 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti