...

"Pirallahı adası-quru" yatağında yeni quyu qazılır

Energetika Materials 17 Dekabr 2014 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağındakı 1178 nömrəli quyuda qazma işlərinə başlayıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qırməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti