Azərbaycan, Bakı, 4 fevral /Trend/
"Standard & Poor's" kredit reytinqi xidməti Azərbaycan hökumətinə məxsus "Azərenerji" ASC-nin reytinq proqnozuna "sabit"dən "neqativ" istiqamətində yenidən baxıb. Trend-in xidmətə istinadən verdiyi məlumta görə, agentlik eyni zamanda şirkətin uzunmüddətli və qısamüddətli korporativ kredit reytinqlərini "BBB-/A-3" səviyyəsində təsdiq edib.
Bu dəyişiklik suveren reytinqlərə qarşı reytinq fəaliyyəti, eləcə də agentliyin stressli maliyyə şəraitində kənardan şirkətə dəstəyin zəifləməsi ehtimalını nəzərə alması və Azərbaycanın suveren reytinqlərinin ("BBB-/Neqativ/A-3) aşağı düşməsi halında şirkətin reytinqlərinin azalmasının mümkünlüyü ilə şərtlənib.
Məlumata görə, şirkətin reytinqləri üzrə proqnoza "sabit" istiqamətdə yenidən baxılması suveren reytinqlər üzrə proqnozun "sabit"ə dəyişməsi halında mümkündür.