Azərbaycan, Bakı, 11 fevral /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Səbail, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.