...

ARDNŞ: Azərbaycan qazının qiymətinin Yunanıstan üçün azaldılması mümkün deyil

Energetika Materials 16 Fevral 2015 13:58 (UTC +04:00)
TransAdriatik (TAP) qaz kəməri ilə alınan və Yunanıstana göndərilən Azərbaycan qazının qiymətinin azaldılması hazırda mümkün deyil.
ARDNŞ: Azərbaycan qazının qiymətinin Yunanıstan üçün azaldılması mümkün deyil

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Maksim Tsurkov/

TransAdriatik (TAP) qaz kəməri ilə alınan və Yunanıstana göndərilən Azərbaycan qazının qiymətinin azaldılması hazırda mümkün deyil. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli məmuru bildirib.

Onun sözlərinə görə, belə qiymət azaldılması beynəlxalq praktikaya uyğun deyil: "Əgər müqavilə 25 illik müddət üçün bağlanılıbsa, orada bazar vəziyyətinin kəskin dəyişdiyi halda qazın qiymətinin dəyişməsi nəzərdə tutulub. Amma bu, yalnız qaz tədarükündən sonra baş verir. Qaz hələ daxil olmayıb, ona görə hazırda qazın qiymətinin dəyişməsini müzakirə etmək mənasızdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti