...

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətdə dəyişib

Energetika Materials 1 Aprel 2015 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Maksim Tsurkov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 56,96 dollar/barel təşkil edib.

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən nisbətən 0,31 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 55,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 1-də 53,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 1-də 53,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti