...

Yevlax rayonunun Ərəş kəndinə təbii qaz verilib

Energetika Materials 17 Aprel 2015 17:20 (UTC +04:00)
Bu gün Yevlax rayonunun Ərəş kəndinə təbii qazın verilişi bərpa edilib.
Yevlax rayonunun Ərəş kəndinə təbii qaz verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Yevlax rayonunun Ərəş kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 420 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 172 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 420 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti