...

SOCAR İranda nanotexnologiyaların tətbiqinə dair protokol imzalayıb

Energetika Materials 28 Aprel 2015 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Maksim Tsurkov/

Bu günlərdə İran Milli Neft Şirkətinin dəvəti ilə SOCAR-ın nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, İranın Ofşor Neft Şirkətinin və Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə keçirilmiş "Texnologiyaların transferi" mövzusunda görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilib, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Qeyd olunub ki, cari ilin fevral ayında İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətində olub, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə aparılmış danışıqlarda əməkdaşlıq perspektivləri, xüsusilə İranın neft yataqlarında SOCAR-ın nanotexnologiyalarından istifadə məsələləri müzakirə olunub, ikitərəli əlaqələrin daha da dərinləşməsinin vacibliyi önə çəkilib.

İran səfərinin sonunda bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı Dövlət Neft Şirkətinin "Nanotexnologiyalar" Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti