...

Azərbaycan neftinin BTC ilə nəqli cüzi azalıb

Energetika Materials 8 May 2015 00:52 (UTC +04:00)
2015-ci ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 337 542 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan neftinin BTC ilə nəqli cüzi azalıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 337 542 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 559 744 ton neft (ötən ilin analoji dövrünün göstəricisindən 2,1 faiz az) ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il may ayının 1-dək BTC-yə 273 399 590 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin aprel ayında BTC kəməri ilə 233 718 ton Qazaxıstan və 350 min ton Türkmənistan nefti nəql olunub.

2015-ci ilin aprel ayı ərzində 2 377 338 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 370 883 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 9 239 395 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il may ayının 1-nə qədər Ceyhan limanından 271 178 485 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti