Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Rufiz Hafizoğlu/
Transanadolu qaz kəməri (TANAP) layihəsi bütün regionun inkişafına güclü təkan verəcək. Bunu Trend-ə Türkiyənin Ədirnə vilayətinin valisi Dursun Əli Şahin deyib.
Onun sözlərinə görə, TANAP, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin bariz nümunəsidir.
Vali qeyd edib ki, TANAP-ı Şərqdən Qərbə doğru yayılan mədəniyyətlə müqayisə etmək olar.