...

Türkiyə TANAP-ın inşası üçün borular idxal edəcək

Energetika Materials 20 May 2015 14:27 (UTC +04:00)
Türkiyənin Eskişehir vilayətindən keçən Transanadolu qaz xəttinin (TANAP) inşası üçün boruları Türkiyə Çindən idxal edəcək.
Türkiyə TANAP-ın inşası üçün borular idxal edəcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Eskişehir vilayətindən keçən Transanadolu qaz xəttinin (TANAP) inşası üçün boruları Türkiyə Çindən idxal edəcək. Bu barədə Trend-ə TANAP-ın quru hissəsinin inşası üzrə podratçı şirkətlərdən biri olan "Fernas Insaat A.S" şirkətindən deyilib.

Şirkətdə qeyd ediblər ki, hazırda TANAP-ın inşası üçün Eskişehir vilayətində hər şey hazırdır. Həmçinin məlumat verilib ki, idxal olunan bütün borular Türkiyənin Standartlaşdırma İnstitutu tərəfindən yoxlanılacaq.

Şirkətdən bildirilib ki, Eskişehirdə TANAP-ın inşası cari ilin yayında başlayacaq.

Eskişehirdə TANAP-ın tikintisində iştirak edən digər şirkət "TEKFEN Insaat ve Tesisat A.S"-dən də bildirilib ki, boru xəttinin inşası üçün hər şey hazırdır və şirkət yaxın zamanda işə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti