...

Bakı-Tbilisi-Qars Bakı və Ankara arasında enerji dəhlizini möhkəmləndirəcək

Energetika Materials 23 İyun 2015 16:41 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsi Bakı və Ankara arasında enerji dəhlizini möhkəmləndirəcək.
Bakı-Tbilisi-Qars Bakı və Ankara arasında enerji dəhlizini möhkəmləndirəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsi Bakı və Ankara arasında enerji dəhlizini möhkəmləndirəcək. Bu barədə Trend-ə Qars vilayətinin valisi Günay Özdemir deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolunun 79 kilometri Türkiyə ərazisindən keçir ki, bunun da 58 kilometri Qars vilayətinin payına düşür.

Vali Bakı-Tbilisi-Qars layihəsinin mühüm cəhətini xüsusilə qeyd edib: "Layihə reallaşdırıldıqdan sonra Avropa və Çindən dəmiryolla fasiləsiz yükdaşımaları qaydaya salmaq olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti