...

SOCAR "Petkim"in səhmlərinin bir hissəsini satışa çıxarıb

Energetika Materials 24 İyun 2015 14:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Petkim" neft-kimya kompleksinin İstanbul Fond Birjasında səbəst tədavüldə olan səhmlərinin 3,4 faizini yenidən satışa çıxarıb.
SOCAR "Petkim"in səhmlərinin bir hissəsini satışa çıxarıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Petkim" neft-kimya kompleksinin İstanbul Fond Birjasında sərbəst tədavüldə olan səhmlərinin 3,4 faizini yenidən satışa çıxarıb.

Bu barədə Trend Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuoyunu Aydınlatma Platformu - KAP) istinadən məlumat verir.

Daha əvvəl verilmiş məlumata görə, SOCAR "Petkim"dəki səhmlər paketini satmaqdan imtina etmişdi. Buna səbəb birjada fond indekslərinin düşməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti