...

Türkiyə TAP-dan pay əldə etmək niyyətindədir

Energetika Materials 24 İyul 2015 13:41 (UTC +04:00)
Türkiyə Transadriatik boru kəmərində (TAP) iştirak payı əldə etmək niyyətindədir.
Türkiyə TAP-dan pay əldə etmək niyyətindədir

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Transadriatik boru kəmərində (TAP) iştirak payı əldə etmək niyyətindədir. Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib.

Mənbədən bildirilib ki, TAP-da payın əldə olunması Türkiyə üçün tarixi addımdır və Ankara bu imkanı əldən vermək istəmir.

Mənbə qeyd edib ki, hazırda bu məsələyə baxılır.

Xatırladaq ki, daha əvvəl "Statoil" şirkətinin TAP-dakı 20 faizlik payını satmaq istəməsi barədə xəbərlər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti