Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə "Türk axını" layihəsini dayandırıb.
Trend-in məlumatına görə, bu barədə "Habertürk" qəzeti Türkiyə hökumətindəki mənbəyə istinadən xəbər verir.
Layihənin dayanndırılmasına səbəb kimi tərəflərin mövcud layihə üzrə yekun razılığa gələ bilməmələri göstərilir.