...

"Mərkəzi Aran" RETSİ-də hava xətləri ən etibarlı vəziyyətə gətirilib (FOTO)

Energetika Materials 7 Avqust 2015 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycanın Mərkəzi Aran ərazisi elektrik enerjisinin ötürülməsi baxımından ən uzun məsafələrə malik bir bölgədir. Burada hava xətlərinin düzənlik və dağlıq ərazilərlə aparılması işində köklü dəyişikliklərə ehtiyac vardı. "Azərişıq" ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan sürətli yenidənqurma işləri respublikamızın Mərkəzi Aran bölgəsində də ciddi şəkildə əsaslı dönüş yaratdı. Yeddi regional idarə sırasında yaradılmış "Mərkəzi Aran" RETSİ üzrə ən həssas məqamlar dərhal nəzərdən keçirildi və təxirəsalınmaz tədbirlər planı hazırlandı.

Yerli iqlim şəraiti nəzərə alınaraq istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinin planları tərtib olundu. "Mərkəzi Aran" RETSİ-nin struktur tərkibinə daxil olan Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyuldu.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işlərlə daha yaxından tanışlıq üçün "Azərişıq" ASC-nin sədri Baba Rzayev cari ilin may ayında Mingəcevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirib.

Görüşdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir və Naftalan şəhərləri, eləcə də Mərkəzi Aran (Tərtər, Bərdə, Yevlax, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş) rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilib.

Qeyd olunub ki, indi hər bir energetikimizin vəzifəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin tapşırığına əsasən, ölkə ərzaisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün bütün regional ofislərin konkret iş planları var. Hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir texnologiyalı avadanlıqlarla təchiz olunan tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır.

"Mərkəzi Aran" RETSİ-nin balansında olan elektrik şəbəkələrində son 5 ay ərzində xeyli miqdarda işlər görülüb. Bu müddət ərzində Ucar Elektrik Şəbəkəsinə məxsus 10 kV-luq 1-ci Kənd, 3-cü Şəhər, "Broyler" və "Quşçuluq" hava xətləri dəyişdirilərək istismar üçün müasir tələblərə uyğunlaşdırılıb. Yevlax Elektrik şəbəkəsinə aid 35 kV-luq "Mal Binəsi" və Bərdə Elektrik şəbəkəsinə aid 35 kV-luq 1 dövrəli "Canavarlı" hava xətlərindəki qəza vəziyyətində olan fiziki və mənəvi baxımdan köhnəlmiş dayaqlar yeni dəmir-beton dayaqlarla yenilənib və tam təhlükəsiz, səmərəli hala gətirilib. Bu zaman ərzində Ucar rayonunda 8, Naftalan rayonunda isə 10/0,4 kV-luq 4 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq istifadəyə verilib.

Ümumilikdə "Mərkəzi Aran" RETSİ üzrə 75 ədəd KTM quraşdırılmış, onlardan 50-dən artığı elektrik şəbəkələrinə qoşulub. Rütübətin və yağışların daha çox olduğu ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnmiş və ətrafı abadlaşdırılmışdır. Əksər yerlərdə istismar müddətini bitirmiş və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dayaqlarla əvəz edilib.

Goranbaoy, Tərtər və Ağsu rayonlarının dağ kəndlərində fiziki və mənəvi cəhətdən köhnəlmiş xeyli məsafədə elektrik verilişi xətləri dəyişdirilmiş və dəmir-beton dayaqlar basdırılaraq elektirik enerjisinin ötürülməsində dayaqnıqlıq və etibarlılıq artırılmışdır. "Mərkəzi Aran" RETSİ-nin balansında olan elektrik şəbəkələrinin əksəriyyətində kabelləşmə işləri aparılıb. Mərkəzi Aran rayonlarının relyefinə uyğun olaraq hava xətlərinin sazlanması, uzun məsafələrə elektrik enerjisinin keyfiyyətli ötürülməsi üçün lazım olan tədbirlər və qaydalar tətbiq edilərək enerji təhcizatı yüksək həddə çatdırılıb.

Ciddi təlabat olan rayon şəbəkələrində ofis binalarını tikilməsi planı hazırlanmış və smetalaşdırılmışdır. Bəzi şəbəkələrdə isə yeni ofis binalarının tikintisinə start verilmişdir. Əksər yarımstansiya və fəaliyyət binalarında cari təmir işləri aparılıb və iş şəraiti günün tələbləri səviyyəsində qurulub.

Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi ilə əlaqədar işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti