• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Energetika

SOCAR: AÇG blokundan Azərbaycanın mənfəət neftinin payı artacaq

4 Noyabr 2015 11:49 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Maksim Tsurkov/

1997-ci ilin noyabrından bu günədək Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokundan 380 milyon ton neft hasil edilib, bunun 209 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşür.

Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

O qeyd edib ki, blokda hasilat 85 quyuda aparılır: "Bu dövr ərzində AÇG-də səmt qazının hasilat həcmi 114 milyard kubmetr təşkil edib. Gündəlik hasilat (yataqlar blokunda) 87 min ton neft və 33 milyon kubmetr qaz təşkil edir".

X.Yusifzadənin sözlərinə görə, 2015-ci ilin 9 ayında AÇG blokundan 26 milyon ton neft və 10 milyard kubmetr səmt qazı hasil edilib. 17 milyon ton neft Azərbaycanın mənfəət neftidir.

I vitse-prezident bildirib ki, bu dövrdə mənfəət neftinin payı 65 faiz təşkil edir və gələcəkdə artacaq.

X.Yusifzadə əlavə edib ki, Azərbaycanın ixrac etdiyi 396 milyon ton neftdən 288 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə ixracın payına düşüb: "Qalanları isə Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərlərinin və dəmir yolunun payına düşüb. Bununla belə, cari ilin 10 ayında Azərbaycan 28 milyon ton neft ixrac edib, bunun 24 milyon tonu BTC-nin payına düşüb".

O diqqətə çatdırıb ki, ilin sonunadək AÇG-də hasilatın ümumi həcmi 385 milyon ton neft olacaq ki, bu da blokun ehtiyatlarının yalnız 17 faizini təşkil edir. Bununla belə, neftin çıxardılması əmsalının 45-dən 50 faizədək artırılması planlaşdırılır.

I vitse-prezidentin sözlərinə görə, "Şahdəniz" qaz yatağından istismara başlanandan 66 milyard kubmetr qaz və 17 milyon ton kondensat hasil edilib: "Hazırda Azərbaycan qazının Türkiyəyə ixracının ümumi həcmi 36 milyard kubmetr təşkil edir, 4,8 milyard kubmetr isə Gürcüstana ixracın payına düşür".

X.Yusifzadə deyib ki, hazırda Azərbaycanda təsdiq edilmiş ümumi neft ehtiyatları təqribən 2 milyard ton, qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları təqribən 5,4 milyard kubmetr qaz, neft ehtiyatları isə 4,5 milyard ton təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azəri-Çıraq-Günəşli
  • Xoşbəxt Yusifzadə
  • SOCAR
Azernews Newspaper
Digər xəbərlər
"Azəri-Çıraq-Günəşli"də 215 milyon barel neft hasil olunub
İqtisadiyyat 16 Fevral 12:13
Azərbaycanın iri neft-qaz yatağından hasilatın həcmi açıqlanıb
Energetika 4 Yanvar 11:47
Xoşbəxt Yusifzadə: "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib (YENİLƏNİB)
Energetika 23 Dekabr 2017 13:11
Xoşbəxt Yusifzadə: Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər
Energetika 9 Noyabr 2017 09:21
"Azəri-Çıraq-Günəşli"dən 20 il ərzində hasilatın həcmi açıqlandı
Energetika 1 Noyabr 2017 10:25
“Azəri-Çıraq-Günəşli” blokunda ilk neft hasilatı 2023-cü ildə başlaya bilər
Energetika 20 Sentyabr 2017 15:03
SOCAR: TANAP ilə Azərbaycan qazının nəzərdə tutulan vaxtda Türkiyəyə çatdırılması tamamilə realdır
Energetika 19 Sentyabr 2017 11:07
İndiyədək "Azəri-Çıraq-Günəşli"dən hasil olunan neft və qazın həcmi açıqlandı
Energetika 19 Sentyabr 2017 10:46
İcraçı vitse-prezident: “Azəri-Çıraq-Günəşli” layihəsi uzun illər “Statoil”in beynəlxalq portfelində aparıcı aktiv olacaq
Energetika 14 Sentyabr 2017 18:05
Wood Mackenzie: “Azəri-Çıraq-Günəşli” üzrə sazişin uzadılması Azərbaycanın neft sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir
Energetika 14 Sentyabr 2017 15:55
ARDNF AÇG-dən 125 milyard dollardan çox gəlir əldə edib
Energetika 18 Avqust 2017 17:38
Xoşbəxt Yusifzadə: Azərbaycanın mənfəət neftinin payı artacaq
Energetika 2 İyun 2017 11:37
"Azəri-Çıraq-Günəşli"də dərin qatlarda neft hasilatı nə vaxt başlayacaq?
Energetika 1 İyun 2017 10:52
BP-nin regional prezidenti: "Azəri-Çıraq-Günəşli" üzrə müqavilə gələn ay uzadılacaq (YENİLƏNİB)
Energetika 31 May 2017 18:18
2017-ci ilin I rübü üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb
İqtisadiyyat 10 May 2017 12:00
SOCAR vitse-prezidenti: Azərbaycanda 1,971 milyard ton neft hasil olunub
Energetika 25 Aprel 2017 11:58
AÇG layihəsindən ARNDF-ə 123,7 mlrd. dollar daxil olub
Energetika 3 Aprel 2017 16:51
Bu layihə Azərbaycana 123 milyard dollar qazandırdı
Cəmiyyət 3 Mart 2017 20:32
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter