...

Bu il 392 yaşayış məntəqəsinə qaz verilib

Energetika Materials 8 Dekabr 2015 16:25 (UTC +04:00)
Cari ilin noyabr ayında 121, ötən 11 ayda isə 392 yaşayış məntəqəsi qazlaşdırılıb.
Bu il 392 yaşayış məntəqəsinə qaz verilib

Bakı. Trend:

Cari ilin noyabr ayında 121, ötən 11 ayda isə 392 yaşayış məntəqəsi qazlaşdırılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Yevlax rayonunun 32-ci sahə adlanan hissəsinin və Yaldilli kəndinin genişlənən hissəsinin, Oğuz rayonunun şərq və qərb istiqamətində genişlənən hissəsinin, İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan hissəsinin, Yardımlı rayonunun Urakəran, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Ucar rayonunun Qarabörk, Masallı rayonunun Birinci Səmədxan, Qəbələ rayonunun Vəndam və Nohurqışlaq kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması uğurla başa çatdırılıb.

Görülmüş işlərin nəticəsidir ki, Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonları üzrə qazlaşma səviyyəsi 100 faizə çatdırılıb.

Digər rayonların tam qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti