...

Heydər Əliyev adına NEZ-də qənaət rejimi gücləndirilir

Energetika Materials 26 Yanvar 2016 16:51 (UTC +04:00)
Heydər Əliyev adına NEZ-də qənaət rejiminin gücləndirilməsi ilə bağlı tədbirlər planı qəbul edilib.
Heydər Əliyev adına NEZ-də qənaət rejimi gücləndirilir

Bakı. Trend:

SOCAR prezidentinin "Maliyyə dayanıqlığı və xərclərin optimallaşdırılması haqqında" müvafiq əmrinin icrası ilə əlaqədar olaraq Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) qənaət rejiminin gücləndirilməsi və israfçılığın qarşısının alınması istiqamətində işlərə start verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, zavodda suyun məsrəfinə nəzarəti təmin etmək üçün istehsalat sahələrində əlavə olaraq 90 ədəd müxtəlif ölçülü su sayğacının quraşdırılmasına başlanılıb. İstifadə olunan buxar və yanacağa qənaəti gücləndirmək məqsədilə müvafiq tədbirlər görülür, əlavə hesabat qovşaqları (daraldıcı quruluşlar və ölçü qurğuları) yaradılır. Görülən işlər nəticəsində artıq müəssisədə xeyli miqdarda su, buxar və elektrik enerjisinə qənaət olunub.

Bundan əlavə, quru qazın metildietanolaminlə təmizlənməsi prosesinin tətbiqinə başlanılıb ki, bu da kaustik sodaya qənaət olunması, 202 və 305 nömrəli neftin ilkin emalı qurğularının, eləcə də 401 nömrəli bitum qurğusunun maksimum məhsuldarlıqla istismarı, elektrik və istilik enerjilərinə, kənardan alınan bütün növ sulara qənaət olunmasına şərait yaradır. Hazırda zavodda qənaət rejiminin gücləndirilməsi ilə bağlı qəbul edilmiş tədbirlər planı uğurla icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti