...

Goranboyun kəndlərinə ilk dəfə qaz verilib

Energetika Materials 10 May 2016 19:27 (UTC +04:00)
Goranboyun Kələk və Şıxlar kəndlərinə ilk dəfə təbii qaz verilmişdir
Goranboyun kəndlərinə ilk dəfə qaz verilib

Bakı. Trend:

Mayın 10-da Goranboy rayonunun Kələk və Şıxlar kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 256 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 21 150 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti