...

SOCAR dəniz yatağında ilk geoloji-kəşfiyyat quyusunu qazır

Energetika Materials 26 May 2016 16:15 (UTC +04:00)
6 saylı özüldə ilk geoloji-kəşfiyyat quyusunun qazma işlərinə başlanılıb
SOCAR dəniz yatağında ilk geoloji-kəşfiyyat quyusunu qazır

Bakı. Trend:

"Bulla dəniz" yatağında yeni quraşdırılmış 6 saylı stasionar dəniz özülündən qazılan 78 nömrəli geoloji-kəşfiyyat quyusunda aparılacaq işlərlə əlaqədar işçi qrupunun iclası keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov 78 nömrəli geoloji-kəşfiyyat quyusunun "Bulla-dəniz" yatağının öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib, qazma prosesinin səmərəli aparılmasının vacibliyini vurğulayıb.

Özüldə qazma işlərini həyata keçirən SOCAR-AQŞ MMC-nin mütəxəssisləri layihə dərinliyi 5900 metr olan və Qirməki Lay Dəstəsinə qazılacaq 78 nömrəli quyunun geoloji-texniki göstəriciləri haqqında məlumat veriblər.

İclasda qazma prosesi zamanı horizontlarda qarşıya çıxa biləcək mürəkkəbləşmənin aradan qaldırılması üçün görüləcək qabaqlayıcı tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb, istifadə olunacaq qazma qurğusunun imkanları haqqında danışılıb, ehtimal olunan risklər müzakirə olunub. Qeyd edilib ki, geoloji nöqteyi nəzərdən öz mürəkkəbliyi ilə seçilən "Bulla-dəniz" yatağında quraşdırılmış 6 saylı özüldə qazma qurğusu müasir standartlara cavab verən quyuya nəzarət avadanlığı ilə təchiz olunub.

D.İskəndərov iclasa yekun vuraraq qazma prosesinin texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılacağına inandığını bildirib, kollektivə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti