...

SOCAR köhnə neft-qaz yataqlarını bərpa etmək niyyətindədir

Energetika Materials 19 Avqust 2017 16:59 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir çox köhnə yataqları bərpa etmək niyyətindədir
SOCAR köhnə neft-qaz yataqlarını bərpa etmək niyyətindədir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra köhnə yataqları bərpa etmək niyyətindədir.

Bunu Trend-ə SOCAR-dakı mənbə bildirib.

Qeyd olunur ki, hazırda iki milyard tondan çox neft, 170 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu 20 köhnə yataq mövcuddur.

Bundan başqa, SOCAR köhnəlmiş yataqlarda 900-ə yaxın neft və qaz quyusunu ləğv etməyi planlaşdırır.

Bu qərar quyuların fiziki və texniki cəhətdən sıradan çıxması ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti