Nazir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollardan çox investisiya qoyub (FOTO)

Nazir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollardan çox investisiya qoyub (FOTO)

Bakı. Trend:

Böyük Britaniya Azərbaycanda ən böyük investordur.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, İqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşdə bildirilib.

Görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Görüşdən əvvəl Baronessa Rona Ferhedin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. Böyük Britaniyanın nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Görüşdə nazir Ş.Mustafayev Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrə önəm verdiyini, ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. Azəri-Çıraq-Günəşli layihəsinin bu ilin sentyabrında 2050-ci ilədək uzadılmasının tarixi əhəmiyyətini qeyd edən nazir Ş.Mustafayev Azərbaycanın Britaniyanın BP şirkəti ilə neft-qaz hasilatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirib. BP şirkəti ölkəmizdə neft-qaz sahəsində 7 layihədə iştirak edir, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP layihələrində paya malikdir. Azərbaycana yatırılan investisiyaların həcminə görə Böyük Britaniya ilk yerdədir. İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 mlrd. ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində, eləcə də Böyük Britaniyada təhsil alırlar.

Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Ş.Mustafayev Baronessa Rona Ferhedin Bakıya səfərinin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilıməsi istiqamətləri barədə fikirlərini bildirib. Vurğulanıb ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatları, tibbi avadanlıq və qida sənayesi məhsulları birgə istehsal oluna, birgə müasir ət və süd emalı müəssisələri, heyvandarlıq təsərrüfatları yaradıla bilər. Bundan başqa, turizm, nəqliyyat, İKT sahələrində əlaqələrin inklişafı üçün imkanlar genişdir. Böyük Britaniya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər. Nazir Ş.Mustafayev həmçinin, Azərbaycanın qeyri-neft ixracının artdığını qeyd edib, ölkəmizdən Böyük Britaniyaya ixrac potensialı olan məhsullar barədə məlumat verib.

Nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə aparılan islahatlar barədə də danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətləri, Böyük Britaniya şirkətləri, o cümlədən BP ilə əməkdaşlığı xüsusilə qeyd edib. İqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayan Baronessa Rona Ferhed bu baxımdan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin önəmini vurğulayıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
Facebook-un mümkün yeni adı məlum oldu
Facebook-un mümkün yeni adı məlum oldu
Loading Bars
Xəbər lenti
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
Turistlərin sevimli məkanı İçərişəhərdən FOTOREPORTAJ
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - Vüqar Süleymanov
Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)
Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib - ANAMA sədri
Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar (FOTO)
Dövlət Xidmətinin keçmiş rəisi mənimsədiyi 6 milyon manatı ödəyib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edir
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb
Bakıda daha bir məktəb distant tədrisə keçib
Cəlilabadda karantini pozan restoran cərimələnib
Avropada enerji qiymətlərinin artması əhalini çıxılmaz vəziyyətə salıb (VİDEO)
Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)
Mingəçevir su anbarına balıq körpələri buraxılıb (FOTO)
Bütün xəbərlər