...

Hasilat Sənayesində Şəffaflıq hesabatının hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib

Energetika Materials 13 Aprel 2018 17:49 (UTC +04:00)
2017-ci il üzrə HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib
Hasilat Sənayesində Şəffaflıq hesabatının hazırlanması üzrə İşçi Qrupun  iclası keçirilib

Bakı. Trend:

Dövlət Neft Fondunda (ARDNF) hasilat sənayesində şəffaflıq üzrə 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı HSŞ üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatları təhlil edilərək üzləşdirmək və 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatlarının hazırlanmasını həyata keçirmək məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatları tərəfindən göndərilən təkliflərə baxılıb və bununla bağlı İşçi Qrupun Rəyinin hazırlanaraq Komissiyaya təqdim edilməsi qərara alınıb.

İclasda həmçinin müvafiq hesabat formalarının təkmilləşdirilməsi, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) ilə bağlı Şərtlər Toplusunun hazırlanması barədə ətraflı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti