...

TANAP-ın Türkiyənin qazpaylayıcı şəbəkəsinə qoşulacağı tarix açıqlandı (YENİLƏNİB)

Energetika Materials 17 Aprel 2018 13:04 (UTC +04:00)
Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi artıq 93 faiz başa çatıb.
TANAP-ın Türkiyənin qazpaylayıcı şəbəkəsinə qoşulacağı tarix açıqlandı (YENİLƏNİB)

Əskişəhər. İlkin Şəfiyev - Trend:

Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi artıq 93 faiz başa çatıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin Əskişəhər şəhərində keçirilən mətbuat konfransında TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

O qeyd edib ki, artıq 1340 km uzunluğunda boru kəməri çəkilib: "TANAP 2018-ci ilin iyulunda Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə qoşulacaq".

Konsorsium rəhbəri bildirib ki, TANAP səhmdarları beynəlxalq təşkilatlardan artıq 3,75 milyard dollar cəlb ediblər, ümumilikdə isə layihənin icrasına 5,6 milyard dollardan çox vəsait xərclənib.

S.Düzyol əlavə edib ki, TANAP-ın ümumi dəyəri 8 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan Transanadolu boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edəcək. Transadriatik qaz kəmərinin (TAP) tikintisi başa çatandan sonra ilk qaz Avropaya təxminən 2020-ci ilin əvvəllərində çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti