...

Baronessa Nikolson: Böyük Britaniya Azərbaycan üçün prioritet layihələrdə iştirakını genişləndirməyə davam edəcək

Energetika Materials 29 May 2018 19:35 (UTC +04:00)

Bakı. Əli Mustafayev - Trend:

Böyük Britaniya həm enerji, həm də qeyri-enerji sektorunda bir sıra prioritet layihələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməyə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson jurnalistlərə açıqlamasında bildirib.

Baronessa E.Nikolson deyib:

"Bu gün mən Böyük Britaniya baş naziri Tereza Meyin "Cənub Qaz Dəhlizi"nin işə salınması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubunu oxumaq şərəfinə layiq görüldüm. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və ölkənizin böyük layihələrində iştirakımızı daha da genişləndirməyə hazırıq".

Xüsusi nümayəndənin sözlərinə görə, hazırda Azərbaycanda 500 Britaniya şirkəti fəaliyyət göstərir:

"Biz Azərbaycanı onun inkişafında mühüm amil olan iqtisadiyyatın şaxələndirilməsində dəstəkləməyə hazırıq. Bizim gələcək əməkdaşlıq planlarımıza təhsil, səhiyyə, kənd təsərrüfatı və s. kimi sahələrdə layihələr daxildir".

E.Nikolson həmçinin xatırladıb ki, Böyük Britaniya səfirliyi Formula 1 yarışlarında Azərbaycanı dəstəkləyib və buna bənzər layihələrin təşkilində ölkəyə dəstək verməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti