...

“Cənub” Elektrik Stansiyasının istehsal gücü artırılıb

Energetika Materials 28 Noyabr 2018 14:54 (UTC +04:00)
“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış Reablitasiya Proqramı” çərçivəsində yaxın perspektivdə bütün enerji istehsalı müəssələrinin faydalı iş əmsalının yüksəldilməsi nəzərdə tutulur.
“Cənub” Elektrik Stansiyasının istehsal gücü artırılıb

Bakı. Trend:

“Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış Reablitasiya Proqramı” çərçivəsində yaxın perspektivdə bütün enerji istehsalı müəssələrinin faydalı iş əmsalının yüksəldilməsi nəzərdə tutulur. “Azərenerji” ASC-nin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlər, köklü dəyişikliklər fonunda enerjisisteminin müstəqillik dövründə tikilib istifadəyə verilmiş ikinci ən böyük generasiya gücünə malik elektrik stansiyası - 780 MVt-lıq “Cənub” ES-in qoyuluş gücü ilə faktiki istehsal gücünün uyğunsuzluğu aradan qaldırılır.

ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlınin Trend-ə verdiyi məlumata görə, görülən texniki tədbirlər nəticəsində “Cənub” Elektrik Stansiyasının istehsal gücü 700 MVt-a çatdırılıb:

"Stansiyanın 2 saylı Qaz Turbinin isti qaz yolunun təmiri işləri aparılıb, isti qaz yolları, yanma kamerası təftiş olunmuş, turbinin I, II, III saylı işçi kürəkləri yeniləri ilə əvəz olunmuşdur. Təftişin sonunda qaz turbini yuyulub”.

Y.Babanlı deyib ki, noyabrın 25-də 2 saylı Qaz Turbin müvəfəqiyyətlə işə qoşulub, Qaz Turbin dispetçer yük qrafikinə uyğun olaraq yüklənib. Digər qaz turbinlərdə də aparılmış bəzi əməliyyatlar, o cümlədən çıxış tüstü qazlarının temperaturunun qaldırılması nəticəsində stansiyanın ümumi yükü, dispetçer yük tənzimləməsi rejiminə uyğun olaraq 700 MVT-a çatdırılıb.

Aparılmış təmir işləri və digər texnoloji əməliyyatlar, stansiyanın texniki iqtisadi göstəricilərinə də müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin xüsusi sərfi 4% normaya qarşı, 3,5%-ə salınıb, yanacağın xüsusi sərfi isə 245 qr/kvts normaya qarşı 239 qr/kvts-a salınıb. Belə uğurlu texniki tədbirlər “Azərenerji” tərəfindən davamlı olaraq digər elektrik stansiyalarda da həyata keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti