Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 53,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 52,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,52 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 28-i 49,91 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 28-i 50,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.