...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Energetika Materials 25 Fevral 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,49 dollar/barel təşkil edib
Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,49 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,11 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 67,07 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti