...

Səfir: Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir

Energetika Materials 5 Mart 2019 20:19 (UTC +04:00)
Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir.
Səfir: Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir

Bakı. Ləman Zeynalova - Trend:

Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın milli günü münasibətilə keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

Diplomat deyib ki, Azərbaycan və Bolqarıstan arasında sıx dostluq münasibətləri, yüksək səviyyədə aktiv dialoq və qarşılıqlı maraq doğuran sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur.

N.Yankov qeyd edib ki, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsindəki əlaqələrin qarşılıqlı strateji əhəmiyyəti var:

"Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir. Bolqarıstan 2020-ci ildən "Şahdəniz-2" layihəsi çərçivəsində ildə bir milyard kubmetr qaz tədarükü üçün müqavilə imzalayıb. Bu həcm Bolqarıstanın qaz istehlakının təxminən 30 faizini təmin edəcək. Energetika sahəsində əlaqələrimizi gücləndirmək üçün digər imkanları da nəzərdən keçiririk."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti