Bakı. Azad Həsənli - Trend:
Azərbaycan OPEK+ təşkilatının ən konstruktiv üzvüdür.
Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.
Xalid Əbdüləziz Əl-Falih Azərbaycanın neft bazarının sabitləşməsində rolunu vurğulayıb.
Nazir Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin dərin tarixi köklərə və ölkələrin güclü siyasi əlaqələrə malik olduğunu qeyd etdi.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə bugünkü görüş barədə danışan Xalid Əbdüləziz Əl Falih qeyd edib ki, tərəflər bir çox məsələləri, həmçinin energetika və alternativ enerji sahəsində birgə layihələrin həyata keçirilməsi imkanını müzakirə ediblər.
Nazir Bakıda OPEK Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasını təşkililinə və keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.
Qarşıdakı tədbir haqqında danışan nazir qeyd OPEK + çərçivəsində öhdəliklərin yerinə yetirilməsi baxımından çox optimist olduğunu qeyd edib.