...

Nazir müavini: Rusiya OPEC+ sazişinin icrasına sadiqdir

Energetika Materials 18 Mart 2019 11:35 (UTC +04:00)
Rusiya OPEC+ sazişinin icrasına sadiqdir və ölkədə neft hasilatı həcmləri bunu sübut edir
Nazir müavini: Rusiya OPEC+ sazişinin icrasına sadiqdir

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya OPEC+ sazişinin icrasına sadiqdir və ölkədə neft hasilatı həcmləri bunu sübut edir.

Trend-in məlumatına görə, bunu Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasının açılışında Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

O, ümidvar olduğunu bildirib ki, bugünkü görüş neft bazarında daha yaxşı nəticələrin əldə olunması və sazişin ilk altı ayı ərzində gələcək addımların müzakirəsi üçün növbəti addım olacaq.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası öz işinə başlayıb. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti