...

Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

Energetika Materials 12 Avqust 2019 09:57 (UTC +04:00)
İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur.
Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

Bakı. Elnur Bağışov - Trend:

İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur.

Trend-in məlumatına görə, bunu İranın Milli Qaz Şirkətinin rəsmisi Mehdi Cəmşidi Dana deyib.

M.Cəmşidi Dananın sözlərinə görə, bu göstərici isə 5 milyon barel xam neftə bərabərdir. o, əlavə edib ki, İranın qaz şəbəkəsi yetərinə böyükdür və qaz nəqli çox yaxşı formada həyata keçirilir:

“İranda 30 min kilometrdən çox boru xətti, 82 qaz təzyiqini gücləndirmə stansiyası, 296 turbo-kompressor mövcuddur”.

M.Cəmşidi Dananın sözlərinə görə, İranın qaz nəqli şəbəkəsi xətlər və avadanlıqların həcmi baxımından Asiyada birinci, dünyada isə dördüncü yerdə qərarlaşıb: “İran qaz nəqli baxımından dünyada rəqibsizdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti