Bakı. Samir Əli - Trend:
Bakının Nəsimi rayonu ərazisindəki 3-cü mikrorayon bazarında baş verən yanğınla bağlı əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə Trend-ə "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.Onun sözlərinə görə, elektrik enerjisi Fövqəladə Hallar Nazirliyinin tələbi ilə dayandırılıb: "Fövqəladə Hallar Nazirliyinin tələbi ilə bazarın elektrik enerji verilişi xəttinin açmışıq".