...

“Etilen-polietilen” zavodunun etilen istehsalı 2 dəfədən çox artacaq

Energetika Materials 13 Fevral 2020 12:08 (UTC +04:00)
Modernləşdirmə işlər başa çatdıqdan sonra “Etilen-polietilen” zavodunun etilen üzrə istehsal gücü 2,3 dəfə artacaq
“Etilen-polietilen” zavodunun etilen istehsalı 2 dəfədən çox artacaq

Bakı. Nərgiz İsmayılova - Trend:

Modernləşdirmə işlər başa çatdıqdan sonra “Etilen-polietilen” zavodunun etilen üzrə istehsal gücü 2,3 dəfə artacaq.

Trend-in məlumatına görə, bunu “Etilen-polietilen” zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.

O bildirib ki, 2017-ci ildə “Etilen-polietilen” zavodunun etilen istehsalı təxminən 100-120 min ton təşkil edirdi:

“2017-ci ildə propilen istehsalı 80-100 min ton təşkil edirdisə, 2020-ci ildə bu göstərici 187 min tona bərabər olacaq”.

Q.Əliyev əlavə edib ki, bu il zavodun illik istehsal gücü təxminən iki dəfə artacaq və 192 min ton təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti